Çərşənbə axşamı, 07 May

UEFA “Marsel”i “Qarabağ”la oyundakı erməni təxribatına görə cərimələdi

image

UEFA Konfrans Liqasının Fransada “Marsel”lə “Qarabağ” arasında keçirilmiş pley-off mərhələsinin ilk oyununda baş verən hüquqi pozuntularla bağlı qərarlarını açıqlayıb.

Xəbər verilir ki, Nəzarət, Etika və İntizam Komitəsi Fransa klubuna ümumilikdə 44 250 avro cərimə kəsib.

Cərimənin 20 000 avrosu azarkeşlərin təxribatçı siyasi və təhqiramiz hərəkətləri ilə əlaqədar tətbiq olunub. Qarşılaşmanın gedişində Ermənistan və qondarma rejimin simvolunun nümayiş etdirilməsi Marsel təmsilçisinə bu qədər məbləğə baha başa gəlib.

Klub daha 14 000 avronu tribunalarda ümumi istifadə üçün nəzərdə tutulan keçidlərin tutulması səbəbindən ödəyəcək. 10 250 avro cərimə isə fişəng yandırılması ilə əlaqədar tutulacaq.

Qeyd edək ki, fevralın 17-də keçirilmiş həmin qarşılaşmada meydan sahibləri 3:1 hesabıyla qalib gəlmişdilər. Fevralın 24-də Bakıda təşkil olunmuş cavab oyununda isə “Qarabağ” 0:3 hesabı ilə uduzmuşdu.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58