Çərşənbə axşamı, 14 May

Prokurorluq: Qəbələdə gənc qadının qətli ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB

image

Dünən Qəbələdə Aytac Əliyevanın meyitinin rayon ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Qəbələ Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla Qəbələ rayonu ərazisində Kemale Maksumbekovanın 2008-ci il təvəllüdlü azyaşlı oğlu ilə birlikdə şəxsi münasibətlər zəminində 1999-cu il təvəllüdlü Aytac Əliyevanın baş nahiyəsinə daşla xəsarət yetirdikdən sonra yapışqanla baş və boyun nahiyyəsini bağlaması nəticəsində sonuncunun boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Kemale Maksumbekova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

18:36

Qəbələ rayonunda qətlə yetirilən Aytac Əliyevanın öldürülməsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, martın 5-də Qəbələ rayonunda Aytac Əliyevanın qətlə yetirilməsi ilə əlaqədar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat  tədbirləri həyata keçirilib. Nəticədə qətli törətməkdə şübhəli bilinən bir nəfər qadın saxlanılıb. 

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, hazırda istintaq və əməliyyat - axtarış tədbirləri davam etdirilir.

14:13

Qəbələ rayonunda hissələrə ayrılmış qadın meyitinin kimliyi aşkarlanıb.

Xəbər verilir ki, cəsəd 1999-cu il təvəllüdlü Aytac Əliyevaya aiddir. 

Aytac Əliyevanın ailəli olduğu məlum olub.

Naməlum şəxs 23 yaşlı qadının bədənini doğrayaraq bir neçə yerə bölüb, cəsədi selofan torbalara yığaraq Qəbələ şəhərinin Muxtar Abdıyev küçəsindəki yaşayış binasının giriş blokuna qoyub.

Ağsu rayon sakini olan Aytac Əliyevanın həyat yoldaşının hərbiçi olduğu bildirilir. Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisəni törədən şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

13:16

Qəbələ rayonunda gənc qadının hissələrə ayrılmış meyiti tapılıb.

Xəbər verilir ki, dünən axşam saatlarında şəhər ərazisində məişət tullantılarının atıldığı qutudan qadın əli tapılıb.

Daha sonra qutularda sellofan torbalara yığılaraq atılmış meyitin digər hissələri aşkarlanıb.

Tapılan meyitin 20-25 yaşlarında olan gənc qadına aid olması ehtimal olunur.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00