Cümə axşamı, 28 Mart

Paşinyan müxalifətə qəzəbləndi: “Sizin doğma şəhər dediyiniz Sanasar deyil, Qubadlıdır!”

image

Ermənistan parlamentində “hökumət saatı” zamanı çıxış edən Baş nazir Nikol Paşinyan müxalifət deputatlarının ittihamları ilə üzləşib.

Xəbər verilir ki, Paşinyan müxalifətin “Dağlıq Qarabağ ərazisinin 75%-ni Azərbaycana təhvil verdiniz” ittihamlarını rədd edib.

O deyib ki, bu rəvayət 44 günlük müharibədən sonra hakimiyyətin əleyhdarlarının çıxışlarında daim səsləndirilir.

Müxalifət deputatları “ərazilərin 75%-i” dedikdə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafını təşkil edən və 30 ilədək işğalda saxlanılan 7 rayonu nəzərdə tutublar. Həmçinin bura Şuşa və Hadrutu da daxil ediblər.

Paşinyan parlamentdə “Hayastan” blokunun deputatı Ripsime Stambulyanın iradına cavab olaraq, müxalifət qruplarından Qubadlı şəhərinin onlar üçün “Qubatlı” və ya “Sanasar” olduğunu açıqlamağı tələb edib.

"Əgər bu, Qubatlı yox, Sanasardırsa, bəs niyə sizin liderləriniz (Robert Köçəryan və Serj Sarkisyan - red.) 20 il ərzində bu ərazilərin təhvil verilməsi ilə bağlı danışıqlar aparıblar? Və bunu açıq şəkildə ediblər. Sizin qəbul etdiyiniz “Madrid prinsipləri”ndə yeddi rayonun Azərbaycana qaytarılması ilə bağlı yazılıb. İndi mənə deyin, satqınlar, niyə öz vətəninizlə “bazarlıq” edirdiniz?! Orada taxıl əkmək üçün? Yaxşı, rəsmi şəkildə deyin", - Ermənistanın baş naziri deyib.

O hesab edir ki, müxalifət qrupları Qubadlını "Sanasar" olaraq rəsmən erməni torpağı kimi tanıyırsa, o zaman onların liderləri dövlətə xəyanətdə mühakimə edilməlidir.

Baş nazir rəqiblərini “timsah göz yaşları” tökməyi dayandırmağa çağırıb.

Stambulyan cavab olaraq Paşinyanı deputatlarla söhbətində tonu dəyişməyə çağırıb, daha sonra “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan işə qarışıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25