Cümə axşamı, 02 May

Kadırov Ukraynaya 70 min çeçen göndərəcək

image

“Çeçenistandan olan 70 min könüllü Ukraynaya gedib Rusiya uğrunda döyüşməyə hazırdır, lakin hələ ki buna rəsmi qərar verilməyib”.

Xəbər verilir ki, bunu cümə günü jurnalistlərə Çeçenistan rəhbəri Ramzan Kadırov Qroznıda hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüşdən sonra bildirib.

“Biz Ali Baş Komandanın (Putin-red.) qərarını tam dəstəklədiyimizi və istənilən əmri yerinə yetirəcəyimizi, buna hazır olduğumuzu bəyan edirik. Bizim dövlətimiz (Rusiya Federasiyası-red.) uğrunda könüllü döyüşməyə hazır olan 70 min insanımız var”, - Kadırov deyib

Çeçenistan rəhbəri qeyd edib ki, könüllülər Rusiyanın təhlükəsizliyini təmin etmək üçün istənilən ərazidə istənilən xüsusi əməliyyata getməyə hazırdırlar.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15