Cümə axşamı, 02 May

Çernobılla bağlı həyəcan təbili: 36 ilin ən yüksək radiasiyası qeydə alınıb

image

Ukrayna Çernobıl Atom Elektrik Stansiyası(AES) ilə bağlı həyəcan təbili çalıb.

Xəbər verilir ki, daxili işlər nazirinin müşaviri Vadim Denisenko AES-in ruslar tərəfindən tutulmasından sonra Çernobıl zonasında radiasiya səviyyəsinin xeyli artdığını deyib.

Qısa zamanda aparılmış tədqiqatlar da bunu sübut edir.

- Rusiya qoşunlarının Çernobıl zonasına daxil olmasından sonra torpağın üst qatı pozulub. Bundan sonra artıq Çernobıl zonasında radiasiyanın artması qeydə alınıb,-Denisenko deyib.

Onun sözlərinə görə ərazidə radiasiya səviyyəsinin bu həddə yüksəlməsi halı 1986-cı ildə Çernobılda baş verən qəzadan sonra ilk dəfədir ki, qeydə alınıb.

Xatırladaq ki, prezident aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak fevralın 24-də Ukrayna hərbçilərinin Çernobıl AES-ə nəzarəti itirdiyini bildirmişdi. Bundan sonra Çernobıl qurğularının vəziyyəti və nüvə tullantılarının saxlanması barədə də məlumat olmayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb.

Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçilərinin bir sıra Ukrayna ərazilərinə daxil olduğu bildirilir. Artıq bir neçə gündür ki, Ukrayananın əksər bölgələrində döyüşlər gedir. Kiyev rəhbərliyi paytaxt ətrafında da hərbi əməliyyatların aparıldığını bəyan ediblər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15