Çərşənbə, 01 May

“Qarabağ”ın əllə qol vuran futbolçusu: “O mənə dedi ki, müsəlmansan, həqiqəti deməsən, Tanrı cəzalandıracaq”

image

“Qenduzi mənə dedi ki, sən müsəlmansan, həqiqəti deməsən, Tanrı səni cəzalandıracaq”.

Xəbər verilir ki, bunu “Qarabağ”ın futbolçusu İbrahima Vadji deyib.

O, Bakıda Fransanın “Marsel” klubuna 0:3 hesabı ilə uduzduqları oyunda əli ilə qol vurduqdan sonra qonaqların yarımmüdafiəçisi Mateo Qenduzi ilə aralarındakı insident barədə danışıb.

Seneqallı hücumçu bildirib ki, komandasına qələbə lazım olduğu üçün topa əllə toxunduğunu əvvəl etiraf etməyib:

“Bizim üçün çətin idi. “Marsel”in futbolçuları qolu əlimlə vurduğumu söylədikdən sonra mənə təşəkkür etdilər”.

26 yaşlı forvard baş məşqçi Qurban Qurbanovun hərəkətinə də münasibət bildirib:

“O, ciddi insandır. Yalan danışmağı sevmir. Mənim üçün də ağır idi. Çünki topa əlimlə toxunmuşdum. Bunu kapitanıma və komanda yoldaşlarıma dedim. Baş məşqçi bildirdi ki, biz əllə qol vurmalı deyilik, məsuliyyəti öz üzərinə götürməlisən. Ona görə də hakimlə danışmağa getdim. Nəticədə referi qolu ləğv etdi”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15