Çərşənbə axşamı, 14 May

Putinin Donbas qərarı: Birjalarda inanılmaz dəyişiklik

image

Rusiya Prezidenti Vladimir Putinin Donetski və Luqanskidəki separatçı rejimlərin müstəqilliyini tanıması və ardınca Donbasa ordu yeritməsi beynəlxalq birjalarda şok effekt yaradıb.

Xəbər verilir ki, Kremlin bu addımı ilk olaraq qızılın qiymətində artıma səbəb olub.

Qızılın qiyməti bu gün səhər saatlarında 1914 dollar səviyyəsinə qədər artıb. Hazırda qiymət 1908 dollardır. Ehtimal olunur ki, qızılın qiyməti 1940 dollara qədər yüksələ bilər.

Neft qiymətləri də Ukrayna-Rusiya gərginliyinin isti mərhələsində son 7 ildə ən yüksək həddə çatıb.

Brend markalı neft bu səhərdən 97,66 dollar səviyyəsinə qalxıb.

Dünya bazarında qazın-mavi yanacağın da qymətində artım müşahidə edilib.

Bütün bunların fonunda rus rublu dollar qarşısında cüzi də olsa geriləyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00