Cümə, 03 May

Azərbaycanın sülh şərti: Ermənistanın adekvat cavabı olmasa... – Şərh

image

Ermənistan işğalçılıq və vandallıq siyasətini uzun illər davam etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində bu işğala son qoydu. Vətən Müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə baş çatdı. Bu tarixi Zəfər regionda yeni bir konfiqurasaiya yaratdı. Bunu şərtləndirən amil Azərbaycanın gücü və regiondakı artan nüfuzudur.

Bunu Milli məclisin deputatı Vüqar İskəndərov deyib.

O qeyd edib ki, artıq bölgədə şərtləri diktə edən tərəf Azərbaycandır: “Amma Ermənistanın üçtərəfli bəyanata əməl etməyərək bundan yayınmaq istəyi var. Bununla erməni tərəfi heç nə qazana bilməyəcək. Prezident İlham Əliyev çıxışlarında bir neçə dəfə yeni reallığa uyğun olaraq Azərbaycanın şərtlərini səsləndirib. Əsas şərt sərhədlərin delimitasiya və demarkasiyası, qarşılıqlı şəkildə ölkələrin öz ərazi bütövlüyünü tanımasından ibarətdir”.

Millət vəkilinə görə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, qarşılıqlı şəkildə suverenliyini tanımaqla bölgədə sülhə və təhlükəsizliyə töhfə vermiş olar: “Azərbaycanın bu prinsipial mövqeyi artıq dünya birliyi tərəfindən də qəbul edilir. Avropa İttifaqı və Fransa prezidenti ilə görüşdə də bu fikirlər səslənib. Ermənistandan isə konkret adekvat cavab yoxdur”.

Vüqar İskəndərov hesab edir ki, hazırkı məqamda Ermənistan rəhbərliyinin başqa çıxış yolu yoxdur: “Nikol Paşinyan sülhlə bağlı açıqlamalar versə də, real addımlar müşahidə edilmir. Sülhün əleyhinə olacaq hər bir hərəkət Ermənistan üçün fəlakət olacaq. Çünki bu ölkənin düşdüyü ağır sosial-iqtisadi və siyasi böhrandan çıxış yolu Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etməkdən asılıdır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15