Şənbə, 04 May

Günel Zeynalova: “Allahdan başqa heç kimə əyilmədim, amma...”

image

Türkiyədə fəaliyyət göstərən müğənni Günel Zeynalova İbrahim Tatlısəsin aparıcılığını etdiyi “İbo Show”da qonaq olub.

Müğənni sosial şəbəkədə Tatlısesin əlini öpdüyü fotonu paylaşaraq bunları yazıb: 

“Daha bir İbrahim Tatlısəs gəlməz, qiymətlisən, dəyərli atam. Deyirdin ki, haqlısansa və sənətinə inanırsansa, heç kimə başını əymə, uğur da səni ərköyünləşdirməsin. Ağac yüksəldikcə, başımı aşağı əyər. Mən də Allahdan başqa heç kimə əyilmədim, çox şükür! Amma sənin kimi dəyərli ustanın əli öpülər. Allah uzun ömür versin”.

Qeyd edək ki, Günelin qonaq olduğu bölüm bazar günü yayımlanacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15