Cümə axşamı, 02 May

Qazaxıstan və Rusiya arasında şok hərbi anlaşma - Müqavilə qüvvəyə mindi

image

Qazaxıstan Senatı (parlamentin yuxarı palatası) Rusiya ilə hərbi əməkdaşlıq haqqında sazişi ratifikasiya edib.

Xəbər verilir ki, bu barədə Qazaxıstan parlamentinin rəsmi saytında yayımlanıb.

Sənəd 2020-ci il oktyabrın 16-da Nur-Sultanda imzalanıb.

Bu sənədin qəbulu ilə Qazaxıstan və Rusiya arasında hərbi əməkdaşlıq haqqında 28 mart 1994-cü il tarixli müqavilə qüvvədən düşəcək.

“Sazişin məqsədi Qazaxıstan və Rusiya arasında dövlətlərin təhlükəsizliyinin təmin edilməsi maraqları naminə qoşunların (qüvvələrin) istifadəsinin birgə planlaşdırılması və regional təhlükəsizliyə çağırış və təhdidlərə qarşı mübarizə kimi sahələrdə hərbi əməkdaşlığın, əməliyyat və döyüş hazırlığının, hərbi təhsil və sülhməramlı fəaliyyətlərin həyata keçirilməsi və inkişaf etdirilməsidir”, - Senatın Xarici Əlaqələr, Müdafiə və Təhlükəsizlik Komitəsinin açıqlamasında deyilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15