Şənbə, 20 Aprel

Ərini qorxutmaq istəyən 28 yaşlı qadın özünü bıçaqladı

image

İsmayıllıda 28 yaşlı qadın özünü bıçaqlayıb.

Xəbər verilir ki, rayonun Qalınçaq kəndində 1994-cü il təvəllüdlü Elnurə Gözəlova özünü bıçaqlayıb. O, mətbəxdən götürdüyü bıçaqla sinə nahiyəsinə zərbə endirərək özünə xəsarət yetirib. Gənc qadın xəstəxanaya çatdırılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə ailə münaqişəsi zəminində baş verib.

Belə ki, E.Gözəlova həyat yoldaşı Orxana əsəbiləşdiyindən onu qorxutmaq istəyib və bu zaman əsəbi halda bıçaqla özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20