Cümə, 29 Mart

“Rus sülhməramlıların Qarabağdakı missiyası uzadılmamalıdır” — AÇIQLAMA

image

Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları Qarabağdakı poliqonda atıcı silahlardan və BTR-82A standartlı silahlardan atış təlimləri keçiriblər.  Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, təlimlərə 10-a qədər hərbi və xüsusi texnika cəlb olunub.

Məsələyə münasibət bildirən politoloq Oqtay Qasımov açıqlamasında bildirib ki, sülhməramlı kontingent hərbi formada qalmaq üçün vaxtaşırı belə müəyyən təlimlər keçirlər.  

Politoloq qeyd edib ki, bütün bu cür təlimlər Azərbaycan cəmiyyətində haqlı olaraq narazılıq yaradır, qıcıq doğurur:

“Amma buna hərbiçilərin hərbi vərdişlərini və formada qalmalarına atılan addım kimi izah verilə bilər. Bizim üçün bunlardan daha ciddi olanı sülhməramlı kontingent adı ilə yerləşdirilmiş rus hərbiçilərin öz missiyasına uyğun olmayan fəaliyyəti ilə bağlı olan məsələlərdir. Hansı ki, bunlar təsərrüfat işlərinin görülməsi, orada hansısa mobil xəstəxanaların yaradılması, Xocalı ərazisində sülhməramlı yerləşdiyi hərbi hissəsinin həyətində müxtəlif şəxslərin və hərbiçilərin abidələrinin ucaldılması və sülhməramlı kontingenti rəhbərliyinin hələ də Qarabağ ərazisində qalmaqda olan separatçı, terrorçu, üzdən iraq rəhbərləri ilə çox isti münasibətlərinin olması, onları bir formada tərəf kimi qəbul etmələri və s. bu kimi məsələlər məncə bizi daha çox narahat etməlidir.

Bununla bağlı bizim faliyyətimiz olmalıdır ki, belə bir hadisələr yaşanmasın. Ona görə də, biz daha çox diqqətimizi sülhməramlı missiyasına açıq-aydın zidd olan hərəkətlərə yönəltməliyik. Bir neçə gün əvvəl Rusiya Müdafiə Nazirliyi bir videokadr yaymışdı. Bu kadrlarda da aydın görünür ki, Azərbaycanın Kəlbəcərə yük daşıyan karvanı rus sülhməramlıları tərəfindən yoxlanılır və bu yoxlamada Qarabağdakı terrorçu rejimin guya polis nəfərləri də iştirak edir.

Qeyd edim ki, rus sülhməramlı kontingentinin bizim yükləri yoxlamaq ixtiyarı yoxdur. Çünki biz öz yüklərimizi Azərbaycan Resublikasının beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində daşıyırıq və bunu Azərbaycan hüquq mühafizə orqanlarından başqa hər hansı bir qurumun bu yüklərə baxış keçirməsi hüquqa ziddir və qəbul edilən deyiil. Biz məsələləri daha çox bu istiqamətdə baxmalıyıq”. 

“Çalışmaq lazımdır ki, Qarabağda yerləşən Rusiya hərbiçiləri öz missiyalarına uyğun davranış nümayiş etdirsinlər və bu davranışlar olmayacağı təqdirdə bununla bağlı Azərbaycan cəmiyyətinin etirazları çatdırılmalıdır. Onun da əsasında 10 noyabr anlaşmasına uyğun olaraq, 5 illik müddət tamam olanda biz onların buradakı missiyasını uzatmamaq qərarı verə bilərik. Bunu da onlar açıq şəkildə bilməlidir”, - deyə politoloq əlavə edib.    

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45