Cümə, 03 May

Castin Biberin qatıldığı əyləncə gecəsində atışma oldu - VİDEO

image

Məşhur müğənni Castin Biber ötən gecə konsertindən sonra həyat yoldaşı, model Heyli Biberlə birlikdə təşkil etdiyi əyləncə atışma ilə sonlanıb. 

Xəbər verilir  ki, məkanların birində gerçəkləşən partidə cütlüyün dostları iştirak edib. Onlar arasında aktyor Leonardo Di Kaprio, supermodellər Kendall Cenner, reper Dreyk, "Amazon"un yaradıcısı Ceff Bezos və sevgilisi Lauren Sançez kimi bir çox məşhur yer alıb. Səhərə qədər davam etməsi planlaşdırılan məclis küçədə baş verən atışma səbəbi ilə sonlandırılmalı olub.

Saat gecə 03:00 radələrində məkanın önündə reperlər Kodak Blak, Gunna və Lil Babinin olduğu vaxt küçədə dava düşüb. Mübahisənin böyüməsi nəticəsində atışma baş verib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, ümumilikdə 10 atəş açılıb. Nəticədə dörd nəfər yaralanıb. Onlar dərhal xəstəxanaya yerləşdirilib. Hazırda hadisəni törədənlərin axtarışları davam edir.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15