Cümə axşamı, 02 May

Rusiyadan Kamilla Vəliyevada dopinq aşkarlanması ilə bağlı - Açıqlama

image

Xəbər verdiyimiz kimi, Qış Olimpiya Oyunlarında rekorda imza atan rusiyalı 15 yaşlı idmançı Kamilla Vəliyevanın qanında dopinq aşkarlanıb.

Xəbər verilir ki, məsələ ilə bağlı Rusiya Olimpiya Komitəsi (ROK) açıqlama yayıb.

Açıqlamada qeyd edilib ki, Kamilla Vəliyeva dekabrda müsbət çıxdığı bildirilən dopinq testindən əvvəl və sonra dəfələrlə test verib və nəticələr mənfi çıxıb.

Komitə K.Vəliyevanın Olimpiadadakı statusunun qaldığını və onun fərdi yarışlarda iştirak etmək hüququna malik olduğunu vurğulayıb:

“Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) onun Olimpiya Oyunlarındakı statusu ilə bağlı başqa qərar vermədiyi halda, idmançının tam şəkildə və heç bir məhdudiyyət olmadan yarışlarda iştirak və məşq etmək hüququ var”.

Beynəlxalq Antidopinq Agentliyi (WADA) Rusiya Antidopinq Agentliyinin Vəliyevanın oyunlardan uzaqlaşdırılması ilə bağlı qərarını geri götürməsi ilə bağlı Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyini açıqlayıb.

Qeyd edək ki, Vəliyeva Pekində davam edən Qış Olimpiya Oyunlarında komanda turniri zamanı qızıl medal qazanıb, həmçinin fiqurlu konkisürmə üzrə dörd təkanla tullanmanı yerinə yetirərək Olimpiadada bu tullanmanı həyata keçirən ilk qadın idmançı olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15