Çərşənbə, 15 May

Novruz bayramını Şuşada keçirmək istəyənlərin NƏZƏRİNƏ!

image

Mart ayında - Novruz bayramı günlərində Bakı-Şuşa-Bakı istiqamətində avtobus reysləri hər gün həyata keçiriləcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumatda bildirilib ki, biletlər artıq satışa çıxarılıb.

Qeyd edilib ki, bu günə qədər Şuşa və Ağdama 27 reys uğurla həyata keçirilib. Fevral ayı üzrə bilet satışı artıq yekunlaşmaq üzrədir. Bakı-Şuşa-Bakı və Əhmədbəyli-Şuşa-Əhmədbəyli marşrutlarında isə bütün biletlər alınıb. 

Bakı-Şuşa-Bakı istiqamətində fevralın 16-dan həftədə 2 dəfə deyil, 3 dəfə avtobus reysi həyata keçiriləcək. İlkin mərhələdə tətbiq edilmiş bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb.

Biletlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq marşrut proqramı ilə inteqrasiya olunmaqla yaradılan www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada satılır.

Marşrutlar üzrə qiymətləndirilmələr və təhlillər davam etdiriləcək. Tələbata uyğun olaraq müvafiq qərarlar qəbul olunacaq. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00