Cümə, 03 May

“Yoldaşım həci deyil, hər gün vurandır”

image

“Yoldaşım həci deyil, hər gün vurandır”.

Xəbər verilir ki, bunu müğənni Vəfa Şərifova sosial şəbəkə hesabında şəxsi həyatı barədə danışarkən bildirib.

“Birincisi, yoldaşım həci-məci deyil, ikincisi də, əldən getməyib. Nə dalaşmışıq, nə də ayrılmışıq. Hamıda küsmə, barışma olur” - ifaçı əlavə edib.

Vəfanın “TikTok”da paylaşdığı videonun şərh bölməsində izləyicilər onun ərinin kim olması ilə maraqlanıblar. Bir çox şərhlərdə iş adamı Famil Xəlilovun adı çəkilib.

Qeyd edək ki, iş adamının Azərbaycanın tanınmış xanım müğənniləri ilə tez-tez adı çəkilir. Müğənni Şəbnəm Tovuzlu bir neçə il əvvəl iş adamı ilə sevgili olduğunu, hətta vətəndaş nikahında yaşadığını da mətbuata açıqlamışdı. Şəbnəm daha sonra Familin sevgilisi yox, rəsmi və dini nikahlı əri olduğunu iddia etmişdi. Onların birgə şəkilləri də mediada yayımlanmışdı. 

Daha sonra F. Xəlilovun gənc müğənni Vəfa Şərifova ilə də sevgili olması barədə məlumatlar dərc olunub. İddia olunur ki, Vəfanın bir neçə il əvvəl dünyaya gələn övladının atası da Famil Xəlilovdur.  

Bir neçə il əvvəl V. Şərifovayla Şəbnəm Tovuzlunun münasibəti məhz iş adamına görə gərginləşmişdi. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15