Cümə axşamı, 28 Mart

Ramiz Mehdiyev haqqında şok iddia - Erməniləri saxta adla Azərbaycana..

image

"O zamanlar AMEA-da Rasim Ağasiyev var idi. Hansı ki, zamanında Ramiz Mehdiyevin pasport və qeydiyyat şöbəsində işləyən qaynı Levan Qurskaya Yuriyeviçlə birləşib birbaşa ermənilərin Azərbaycan və rus adı ilə Azərbaycandan köçməsinə xidmət ediblər.

İttihamın müəllifi bildiyiniz kimi, AMEA-nın işlər idarəsinin sabiq müdiri, keçmiş nəqliyyat nazir Ziya Məmmədovun qardaşı Elton Məmmədovdur. İttiham ağır ittihamdır, söhbət sənədlərin saxtalaşdırılmasına gedir, onu araşdırmaq hüquq mühafizə orqanlarının üzərinə düşür."

Bu sözləri araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün sosial şəbəkə paylaşımında qeyd edib. Jurnalist daha sonra Rasim Ağasıyev və onun AMEA-dakı fəaliyyəti, Ramiz Mehdiyevlə yaxınlığı barədə araşdırmasını təqdim edib.

"Deməli bu mövzu hələ ötən il ictimailəşəndən sonra Rasim Ağasiyev AMEA-nın Hüquq və kadrlar idarəsinin rəisi vəzifəsindən azad edildi, ümumiyyətlə AMEA-dan uzaqlaşdırıldığı barədə məlumat yayıldı. Halbuki Ramiz Mehdiyev söz-söhbəti yatırmaq üçün Rasım Ağasiyevi AMEA-nın bir küncündə, belə demək mümkünsə, "gizlədib".

Ramiz Mehdiyev təsadüfi "alim olmuş" keçmiş "pasportstol" rəisini AMEA-nın İnsan Hüquqları İnstitutunda yerləşdirib və "Əcnəbilərin hüquqları və miqrasiya" bölməsinə rəhbər təyin edib. http://huquq.org.az/.../the-rights-of-foreigners-and.../

Bu strukturun fəaliyyəti Azərbaycan Respublikasında yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və milli qanunvericilikdə təsbit edilmiş hüquq və azadlıqları ilə bağlı, həmçinin miqrasiya proseslərində mövcud olan problemlərin elmi əsaslarını araşdırıb təhlil etmək və bu sahədə elmi tədqiqat işlərini aparmaqdan ibarətdir.

İnsan Hüquqları üzrə Elmi Tədqiqat işləri..! Əsl "akademik" işdir.

Rasim Ağasiyev "Femida Hüquqi Yardım" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisidir, onun hüquqi qeydiyyatda olduğu ünvanda "Aygün" kiçik müəssisəsi və "İmpeks" LTD qeydiyyatdan keçib. Qardaşı Akif Ağasiyev "Semaşko"nun yanında 18 mərtəbəli binanın tikintisini həyata keçirmiş "TİKİŞÇİ" Mənzil Tikinti Korporativinin təsisçisidir.", deyə Cavanşir Həsənli qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25
image

Sabahın havası necə olacaq?

  • 25.03.2024 - 13:56