Cümə axşamı, 25 Aprel

Bu iki ölkənin birgə nano peyki kosmosa buraxıldı

image

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynin ilk birgə kosmik layihəsi uğurla həyata keçirilib.

Xəbər verilir ki, bu iki ərəb ölkəsinin “The Light-1 CubeSat” nano peyki Yaponiyanın Tsukuba Kosmos Mərkəzi ilə əməkdaşlıq şəraitində orbitə buraxılıb.

Nano peyk atmosferə, hava nəqliyyatına və insan sağlamlığına təsir edən yerüstü qamma şüaların monitorinqi üzrə ilk elmi missiyanı həyata keçirəcək. Onun Yerə göndərəcəyi nəticələr BƏƏ-nin Xəlifə Universiteti və Əbu-Dabidəki Nyu York Universitetində tədqiq ediləcək.

BƏƏ Kosmik Agentliyinin baş direktoru Salim Butti əl-Qubasi jurnalistlərə müsahibəsində bildirib ki, onun ölkəsi Mars missiyasını həyata keçirməklə yanaşı, bu yaxınlarda Beynəlxalq Kosmik Stansiyaya ilk ərəb astronavtını göndərəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33