Cümə, 03 May

Karantin qaydalarını heçə sayan sürücülər AŞKARLANDI: 16 nəfər cərimələndi - VİDEO

image

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatda reyd keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, reyd zamanı ictimai nəqliyyatdan istifadə edən şəxslərlə izahedici söhbətlər aparılıb.

Keçirilən tədbirlər nəticəsində ictimai nəqliyyatda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən sərnişinlər, eləcə də sürücülər polis əməkdaşları tərəfindən müəyyən olunublar. Onlar avtobuslardan düşürülüb və barələrində inzibati tənbeh tədbirləri görülüb.

Həmçinin, COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər saxlanılıb. Həmin şəxslərin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb ediliblər.

Ümumilikdə, keçirilən reydlər zamanı qaydalara riayət etməyən 16 nəfər cərimələnib.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15