Cümə, 03 May

Tünzalə Ağayevanın sevdiyi şəxs kimdir? - Özü açıqladı

image

Xalq artisti Tünzalə Ağayeva Azad Azərbaycan Televiziyasında şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.

Xəbər verilir ki, Tünzalə Ağayeva "Sevgiyə ehtiyacınız varmı?" sualına "Əlbəttə ki, sevgiyə ehtiyacım var. Qadın bir çikəkdir, ağacdır. O, daim baxılmağa, nəvazişə, bəslənməyə ehtiyacı var. Bəhram Bağırzadə mənə deyir ki, sənə nə olub? Niyə belə dəyişirsən? Sən aşiq olmusan? Cavab verirəm ki, "hə" Bəhram", - deyə cavab verib.

Xala artisti sevdiyi şəxsin adını açıqlamayacağını da deyib: "Düşünürəm ki, bunu söyləməməyə böyük bir haqqım var. Adını desəm də, deməsəm də mənə görə heç nə dəyişməyəcək. Bu hamının həyatında baş verən normal dəyərlərdir. İnsan öz ailə dəyərlərini, münasibətini cəmiyyətə göstərib- göstərməməsini özü seçir. Mən heç vaxt şəxsi həyatımla bağlı piarım getməsini istəməmişəm. Bunu 20 il ərzində deməmişəmsə, bundan sonra da deyən deyiləm. Şəxsi həyatımda çox xoşəxtəm. "İkinci bahar"ımı yaşayıram. Mənim şəxsi həyatım və sənətim toqquşmayıb. Bu gün şəxsi həyatım və sənətim bir arada çox gözəl gedir. Bir gün olacaq ki, mən özümə deyəcəm, Tünzalə səhnə bitdi, sənətin başqa istiqamətinə yönəl".

Qeyd edək ki, Tünzalə Ağayeva bir dəfə evli olub. Onun bir qızı var.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15