Cümə, 03 May

“Rəqqasəyəm, amma namussuz deyiləm”

image

Gökhan Çınarın yutubda yayımlanan “Katarsis X-TRA” verilişində qonaq olan məşhur türkiyəli rəqqasə Didem açıqlamaları ilə diqqət çəkib.

Xəbər verilir ki, o, səhnədə çox xoşbəxt olduğunu deyib: “Evdə də təmizlik işləri görən, vasvası olan bir Didem var. İki fərqli Didem arasında dağlar qədər fərq var. İnsanların mənə həmişə ailənin qızı olaraq baxmasını istərdim. Bəli, mən rəqqasəyəm, amma pis iş görmürəm, namussuz deyiləm. O gözlə baxanlar var, amma elə deyiləm. Bu işi yaxşı gördüyümü düşünürəm”.

Didem kasıb ailədə böyüdüyünü etiraf edib: “Məktəb oxumadım, işləməyə başladım. İlk rəqs etdiyimdə atamın corablarını sinəmə qoyub səhnəyə çıxdım. 10 yaşım var idi. Evdə pul haqda o qədər danışırdılar ki, artıq beynimdə avtomatik olaraq pul qazanmaq haqda düşünürdüm”.

Rəqqasə, həmçinin ona məşhurluq gətirən Türkiyə musiqisinin imperatoru İbrahim Tatlısəsin “İbo Show”ya gəlişindən danışıb: ““İbo Show”ya başlamazdan əvvəl gündə doqquz yerdə səhnə alır, yaxşı da qazanırdım. Məşhur olmaq kimi arzum yox idi. Bir gün zəng gəldi, “İbo Show”ya oriyental rəqqasə lazım olduğu deyildi. Nə qədər pul verəcəklərini soruşdum. Studiyada seçim turu keçirdilər. Rəqs etdikdən sonra İbrahim bəyə zəng etdilər, anlaşma oldu. Bir gün sonra zəng etdilər, anlaşmanı ləğv etdiklərini dedilər. Bir ay sonra təkrar çağırdılar. İbrahim bəy zəng etdi, “gəlməsən, səni özüm gəlib aparacağam” dedi. Altı il bərabər işlədik”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15