Cümə axşamı, 25 Aprel

Mirhəsən Seyidovun “Gənclər günü” tamaşası 

image

Fevralın 2-də Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Gənclər Günü ilə əlaqədar neftçalalı gənclərlə geniş tərkibli görüş keçirib. Görüşdə icra hakimiyyəti nümayədələri ilə yanaşı rayonun ictimai fəallığı ilə seçilən gəncləri, eləcə də Vətən müharibəsi iştirakçıları və tələbələr iştirak edib. Diqqət çəkən əsas məqam isə görüşün dövlət başçısı səviyyəsində keçirilən görüşlərə xüsusilə bənzəməsi olub. Sanki Neftçalanın icra başçısı yox, “dövlət başçısı” gənclərlə görüş keçirir.

Belə ki, İcra başçısı Mirhəsən Seyidov gənclərlə ən yüksək səviyyəli görüşlərdə istifadə olunan etiket qaydalarına uyğun şəkildə görüşüb. İcra başçısı dövlət bayrağının yanında xüsusi kresloda əyləşib və görüşdə iştirak edən gənclər ara məsafəsini gözləməkdə onun qarşısında əyləşiblər. Auditoriyaya kresloda əyləşmiş şəkildə müraciət edən icra başçısı, gənclərin suallarını da elə bu formada cavablandırmağı uyğun hesab edib. Görüş haqqında yayımlanan fotolarda da Mirhəsən Seyidovun özünü hər vəchlə “dövlət başçısı” kimi aparması açıq şəkildə müşahidə olunur.

Özü də hələ gənc olan Mirhəsən Seyidovun həmyaşıdlarına qarşı bu cür məsafəli davranışı olduqca qəribə təəssürat bağışlayır. Xüsusilə pandemiya şəraitini nəzərə aldığımızda görüşlərin məsafəli keçirilməsi başa düşüləndir. Lakin bu cür görüşlər rahatlıqla dairəvi masalarda və ya Mirhəsən Seyidovun da yaxşı bildiyi Yeni Azərbaycan Partiyasında təşkil olunan görüşlərə uyğun şəkildə xüsusi zalda təşkil oluna bilərdi. Hətta icra başçısı gənclərin arasında olsa, mediada press reliz eşqinə düşmək əvəzinə gənclərin problemləri ilə maraqlansa, daha çox rəğbət qazanmış olardı.

Lakin təəssüflər olsun ki, gənc icra başçısı bu kimi düşüncələrdən tamamilə uzaqdır. Onu gənclərlə görüşdən daha çox bu görüşün mətbuatda tirajlanması maraqlandırır. Əks halda nə üçün ölkənin bütün informasiya vasitələrində görüşlə bağlı eyni press relizlərin yayımlanmasını izah etmək mümkün olmazdı. Aydındır ki, Gənclər günü təkcə Neftçalada yox, bütün digər rayonlarda da eyni səviyyədə qeyd olunub və oxşar görüşlər keçirilib. Lakin nə üçünsə media ancaq Mirhəsən Seyidovun keçirdiyi görüş barədə məlumatları tirajlamaq ehtiyacı hiss edib.

Baş verənlər onu deməyə əsas verir ki, icra başçısının qurduğu “teatrın” tək məqsədi ödənişli və şifarişli şəkildə öz şəxsi təbliğatını həyata keçirməkdən ibarətdir. Gənclər, onların problemləri, qayğıları və inkişaf perspektivləri isə onun üçün elə də əhəmiyyətli bir məsələ deyil. Mirhəsən Seyidovun bu təkəbbürünün haradan qaynaqlandığı, bu əməlinin arxasında hansı səbəblərin durduğu isə müəmmalıdır.

Qeyd edək ki, bu cür etiket qaydalarına sığmayan və ədəbsiz davranış Mirhəsən Seyidovun ilk belə hərəkəti deyil. O, 2020-ci ilin martında Neftçala rayonuna İcra başçısı təyin olunduğu zaman da buna bənzər ədəbsizliyi ilə gündəmə gəlmişdi. Prezidentin qəbulunda olduğu zaman həmkarı, İsmayıllı rayon icra başçısı Nahid Bağırovu qabaqlamağa və ondan önə keçməyə cəhd göstərən Mirhəsən Seyidova prezident tərəfindən lazımi xəbərdarlıq olunmuşdu. Rəsmi etiket qaydalarından və dövlət nizam-intizamından xəbərsiz olan icra başçısına aid olduğu yer yaxşı xatırladılmışdı.

Öz yerini və yaşını çox tez unudan Mirhəsən Seyidovun heç də deyilənlərdən nəticə çıxarmadığı görünür. Bu cür əməllərinin gənc icra başçısının gələcək karyerasına necə təsir göstərəcəyini isə zaman göstərəck

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33