Bazar, 05 May

Bakıda taksi sürücüsündən müştərisinə qarşı dəhşətli əməl — Təfərrüat

image

Bakının Xətai rayonunda 1985-ci il təvəllüdlü Rəşad Anara xəsarət yetirib.

Əldə etdiyimiz məlumata görə, hadisə ötən il noyabrın 10-da, saat 14.15-də baş verib.

Rəşad “Bakı Kinoteatrının” qarşısında avtomobilini düzgün park etməməsini avtomobillərin parkolunması xidməti ilə məşğul olan Anara irad bildirib.

Bu səbəbdən aralarında mübahisə yaranıb. Mübahisə zamanı Anarı başı ilə vuraraq ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Rəşadın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, uzun müddətdir taksi fəaliyyəti ilə məşğul olur: “Noyabrın 10-da idarə etdiyim “Opel Astra” markalı avtomobilim ilə “Bakı Kinoteatrının”qarşısına yaxınlaşdım, idarə etdiyim avtomobili yolun qırağında park etdim. Həmin vaxthəmin ərazidə avtomobillərin park xidməti ilə məşğul olan Anar adlı şəxs mənə yaxınlaşdı, avtomobilimi həmin yerdə saxlamamağımı kobud şəkildə irad bildirdi. Mən də əsəbləşdim və kobud şəkildə cavab verdim. Bu zaman aramızdamübahisə yarandı. Avtomobildən endimvə aramızda yaranan mübahisə zəminində ona baş nahiyəm ilə sifət nahiyəsinə zərbə vurdum”.

Təqsirləndirilən şəxs deyib ki, hadisədən sonra dərhal öz idarə etdiyi avtomobilə əyləşib və oradan gedib. O, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, bir daha belə hallara yolverməyəcəyini bildirib.

Xətai rayon Məhkəməsinin hökmü ilə Rəşad 1 il müddətəazadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Onun yaşadığı ünvanı axşam saat 00.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işləkvəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək,məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edənorqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra edilməsi üçün Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.

Rəşadın cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqandaqeydiyyata alındığı vaxtdan hesablanması qərara alınıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15