Cümə, 03 May

Yevlaxda ermənilərin müharibə dövrü atdığı kasetli bomba partladı: Ölən var - YENİLƏNİB /VİDEO

image

Fevralın 1-i saat 22 radələrində Yevlax rayonu ərazisində Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılovun çoxsaylı qəlpə yarası alması nəticəsində ölməsi müəyyən edilib.

Yevlax rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan İsmayıl Mikayılovun Vətən müharibəsi zamanı həmin əraziyə düşmüş kasetli bombanın partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi ehtimal olunur. 

Hazırda faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

11:29

Yevlax rayonunda Vətən müharibəsi dövründə ermənilərin atdığı kasetli bomba qalığının partlaması faciəyə səbəb olub.

Əldə etdiyimiz məlumata görə, hadisə rayonun Aran qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılov qəsəbənin otlaq sahəsində qoyun otararkən ərazidəki şübhəli əşyaya toxunub. Nəticədə həmin əşya partlayıb və o, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə dərhal polis və prokurorluq orqanlarının əməkdaşları gələrək hadisə yerinə və meyitə baxış keçirib, məhkəmə tibb ekspertizası keçirilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15