Şənbə, 20 Aprel

Erməni spiker prezidentliyə namizədin adını açıqladı

image

Yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyan “Vətəndaş müqavilə”dən prezidentliyə namizəd olub.

Xəbər verilir ki, bunu jurnalistlərə prezident səlahiyyətlərini icra edən spiker Alen Simonyan deyib.

Onun sözlərinə görə, namizədliklə bağlı əvvəlcə partiyanın idarə heyətində, sonra isə fraksiyada uzun müzakirələr aparılıb – Xaçaturyanın namizədliyi bir neçə nəfər tərəfindən irəli sürülüb.

“Nəticədə bu qərar verildi. İnanıram ki, yaxşı namizəd seçiblər. O, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək”, – Simonyan bildirib.

Simonyanın özünün namizədliyinə gəlincə, spikerin sözlərinə görə, onun da namizədliyi irəli sürülüb, lakin o, bundan imtina edib.

Xatırladaq ki, yanvarın 23-də prezident Armen Sarkisyan istefa verib və deyib ki, mövcud Konstitusiya onun potensialından sistemli daxili və xarici siyasət problemlərini həll etmək üçün istifadə etməyə imkan vermir. Prezidentin sözlərinə görə, ona xarici və iqtisadi siyasətə, diasporla əlaqələrə təsir mexanizmlərinin yaradılacağı vəd edilib, lakin bu, baş tutmayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20