Şənbə, 04 May

Fotodakı binanın girişini bir atanın əlil uşağı üçün dördüncü mərtəbəyə hazırlatdığı iddiası

image

Faktlar

Fotodakı bina Karabükdə yerləşən Füze Kent adlı yaşayış binasıdır.

2012-ci ildə müsahibə verən bina müdiri iki məhəllə arasında yerləşən binaya girişi asanlaşdırmaq üçün yeni keçid tikildiyini açıqlayıb.

Keçidin tikilmə səbəbləri arasında əlil bir uşaqdan bəhs edilməyib.

Sosial şəbəkədə paylaşılan bir fotodakı fərqli girişin səbəbinə dair iddia ortaya qoyulub. Fotodakı keçidi əlil övladı üçün bir atanın dördüncü mərtəbəyə tikdirdiyi iddia olunub.

Keçidin tikilmə səbəbi fərqlidir

İddia fotosuna nəzər yetirdikdə binanın üzərində “füze kent” yazıldığını görürük. Bu açar sözlər ilə axtarış etdikdə 2012-ci il tarixli xəbərlərə rast gəlmək mümkündür. Anadolu Ajansı, İHA kimi türk xəbər https://archive.is/QMBYy 19 oktyabr 2012-ci ildə yayınladığı xəbərlərdə iddia fotosu da yer alıb. 

Xəbəri oxuyanda görürük ki, fotodakı bina Türkiyənin Karabük ərazində yerləşir. 1997-ci ildə əsası qoyulan bina iki fərqli məhəllənin arasında tikilib. Məhəllələrdən birindən binaya giriş mümkün olsa da digər məhəllədən binaya girişin olmaması sakinlərin və idarəetmənin yeni keçid hazırlamasına səbəb olub. Hadisə yerindən çəkilən digər fotolar da xəbərlərdə yer alıb. Anadolu Agentliyi tərəfindən hazırlanan video xəbəri izlədikdə, keçidin kooperativ üzvlərinin ortaq qərarı əsasında bələdiyyənin də icazəsi ilə tikildiyi bildirilib. 

İddia edildiyi kimi keçid əlil övladı üçün ata tərəfindən qoyulmayıb, iki məhəllə arasında keçidi asanlaşdırmaq üçün tikilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40