Cümə axşamı, 18 Aprel

Xaricdəki bloggerlərin erməni havadarları – FAKT

image

Telegram sosial şəbəkəsində fəaliyyət göstərən Ermənistan mərkəzli teleqram kanalları xaricdəki bloggerlərlə bağlı məlumat yayımlayıb. Məlumatda Almaniyada yaşayan Tural Sadıqlının və Hollandiyada yaşayan Fikrət Hüseynlinin Azərbaycan tərəfindən axtarışa verildiyi barədə məlumat paylaşılıb.

Sözügedən məlumat “Karabahk Records” adlı teleqram kanalında yayımlanıb. 5 mindən çox izləyiciyə malik olan kanal uzun müddətdir ki, qondarma Dağlıq Qarabağ rejimi və Ermənistandakı vəziyyətlə bağlı silsilə paylaşımlara yer verir.

Diqqət çəkən əsas məqam isə erməni kanalının Tural Sadıqlı və Fikrət Hüseynliyə ilk dəfə bu cür birbaşa və açıq dəstək nümayiş etdirməsidir.

Qeyd edək ki, bu xaricdə fəaliyyət göstərən bloggerlərin ermənilərlə yaxınlığını göstərən ilk belə fakt deyil. Bir müddət əvvəl bloggerlərdən Məhəmməd Mirzəli Ermənistan telekanallarından birinə müsahibə verərək Qarabağ müharibəsində Azərbaycan tərəfinin günahkar olduğunu bildirmişdi. Son paylaşım isə Tural Sadıqlı və Fikrət Hüseynlinin də ermənilərlə əlaqəli şəxslər olduğunu sübut edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56