Cümə, 29 Mart

Sağ təqaüdçünün ölü kimi qeydə alınması... – Hadisədə kimin əli var?

image

"Baş verən hadisədə bir neçə cinayət tərkibi var. İlk növbədə sənəd saxtakarlığıdır. Eyni zamanda vəzifə səlahiyyətlərindən istifadə edilib”.

Bunu açıqlamasında vəkil Əkrəm Həsənov ölmüş kimi qeydiyyata alınıb pensiyası kəsilən qadından danışarkən deyib.

Əkrəm Həsənov hesab edir ki, bunu edənlərin məqsədi dövlətdən müvafiq müavinətin alınması olub:

"Yoxsa şəxs sağ ikən özünü niyə ölmüş yerə qoysun ki? Açıq-aşkar burada hansısa dövlət orqanının sənəd saxtalaşdırılması baş verib. Ola bilər ki, dövlət orqanının özünü də aldadıblar. Halbuki mən bildiyimə görə, vətəndaşın sağ olub-olmamasını dövlət orqanları elektron qaydada yoxlaya bilirlər. Kimsə bu prosesdə saxtakarlıq edib. Böyük ehtimalla dövlət orqanlarının da əli var, saxta ölüm şəhadətnaməsi verib. Ya da bu şəhadətnamə olmadan elektron bazada göstəriblər ki, ölüb. Konkret demək olmur ki, proses necə olub”.

Əkrəm Həsənov Azərbaycanda bəzən ölülərin adına qanunsuz olaraq əmlakın alınıb rəsmiləşdirilməsi kimi faktların olduğunu vurğulayıb:

"Azərbaycanda ölülərlə hətta müqavilələr də bağlanır, hətta məhkəmələr bəzən ölüləri dindirir, bəzən ölülər gəlib seçkilərdə səs verir. Biz bunları görmüşük, amma sağ adamın özünü ölü kimi göstərməsini indi eşitdik. İstisna etmirəm ki, belə hal ilkdir, yəqin ki, başqa yerlərdə də var, saxtakarlıqdır”.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun açıqlamasına görə, Ağcəbədi rayonu, Cəfərbəyli kənd sakini Həmayıl Əliyeva sağ olduğu halda ölmüş kimi qeydiyyata alınıb. 1955-ci ildə Ağcabədi rayonu, Cəfərbəyli kəndində anadan olan H.Əliyevanın sözlərinə görə, artıq 4 aydır, pensiyası dayandırlıb. Səbəb isə sistemdə ölü kimi qeydiyyatda olmasıdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45