Cümə, 29 Mart

Tələbə tərəfindən döyülən qadın özünə xəsarət yetirdi

image

Abşeron rayonunda 2002-ci il təvəllüdlü Səid şəxsi münasibətlər zəminində tanışı Rəfiqəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Əldə etdiyimiz məlumata görə, hadisə 29 iyun 2021-ci ildə, saat 16 radələrində Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında yerləşən köhnə statistika binasının ikinci mərtəbəsinin dəhlizində baş verib.

Məcburi köçkün kimi məskunlaşaraq yaşadıqları binanın dəhlizində qonşusu Rəfiqənin Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi tərəfindən Qaradağ rayonu, “Qobu park” yaşayış kompleksində yaşayış mənzilləri verilməsinə baxmayaraq sonuncunun məskunlaşdıqları binadan çıxmaması və ona verilmiş mənzilə köçməməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Mübahisə zamanı Rəfiqənin ona verdiyi sərt cavaba görə yumruqla sifətinə və bədəninin digər nahiyələrinə, həmçinin  dəmir ayaqqabı geyinən alətlə başına vurub.

İstintaq orqanı tərəfindən Səidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında yerləşən köhnə statistika binasında məskunlaşaraq ailə üzvləri ilə birlikdə yaşayır: “Azərbaycan Texniki Universitetinin 3-cü kurs tələbəsiyəm. Rəfiqəni tanıyıram. Onunla qonşuluqda yaşayıram. Münasibətimiz normal olub, aramızda ədavət və düşmənçilik olmayıb. Bizim yaşadığımız bina köhnə statistika binası olub, eyni zamanda həmin binada məcburi köçkünlər yaşadıqlarına görə aidiyyəti qurumlar bizi həmin binadan Qobu qəsəbəsi ərazisində məcburi köçkünlər üçün tikilmiş binaya köçürmək istəyiblər. Buna görə də bina sakinləri bununla bağlı narazılıqlar ediblər”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Cəbrayıl rayon məcburi köçkünləri olduqları üçün onları öz rayonlarına birdəfəlik köçürmələrini tələb ediblər: “Həmin binadan köçməmək üçün vəkil tutduq. İyunun 29-da, saat 16 radələrində anam binada Rəfiqəni gördü, qeyri rəsmi yaşadığı Arifi adlı şəxsi çağırmasını istədi. Rəfiqə Arifi yuxudan oyatmaq üçün evə getdi. Bu zaman Ariflə Rəfiqənin arasında mübahisə düşdü. Həmin mübahisədən sonra Rəfiqə anam ilə mübahisə etməyə başladı. Mən də həmin vaxt həyətdə oturmuşdum. Rəfiqənin anam ilə mübahisəsini gördüm. Onun anamı vurmasından qorxdum, araya girdim. Rəfiqənin qollarından tutaraq itələdim. O, yerə yıxıldı. Sonra ətrafda olan qonşular mənim kənara çəkilməsini istədilər. Arif də həmin vaxt araya girdi. Rəfiqəni aralaşdırdı və yumruqla sifət nahiyəsindən vurdu. Sonra Rəfiqə anam ilə sözlə mübahisə etdi. Sonra evindən stəkan götürdü və həmin stəkanı sındıraraq qollarını kəsdi. Həmin vaxt oradan getdim”.

Səid bildirib ki, həmin günü Rəfiqənin onu vurması ilə bağlı Abşeron rayon Polis İdarəsinə şikayət ərizəsi yazmasını bilib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Rəfiqənin sözlərinə görə, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında yerləşən köhnə statistika binasında məskunlaşaraq yaşayır: “Rəsmi olaraq Abşeron rayonu, Xırdalan şəhəri, 2 nömrəli MİKS-də xadiməçi işləyirəm. Səid ilə əvvəllər tanımışam. Onunla qonşu kimi münasibətimiz normal olub. Yaşadığımız bina satıldığı üçün həmin binada yaşayanlar üçün Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi tərəfindən “Qobu park” yaşayış kompleksində yaşayış evləri verilib Orada yaşayanların hər birinə yaşayış evləri verildiyi və binada yaşayanlardan 6 ailə həmin binanı tərk etmədiyinə görə Dövlət Komitəsi binadan köçməyən şəxsləri məhkəməyə verdi, binadan çıxmalarını tələb etdi. Səidin ailəsi də həmin binadan köçməyənlərin siyahısında olub. Buna görə də binadan köçməyən hər bir ailə 200 manat verərək evdən çıxmamaq üçün vəkil tutdular. Lakin mən həmin pulu verməmişdim. Tutduqları vəkil də həmin məhkəmədə uduzduğu üçün vəkildən pullarını almışdılar. Yeni vəkil tutmuşdular. Yenə də pul vermədim. Mən də Arif ilə birlikdə yaşadığım üçün hər birimizə bir otaqlı mənzil sahəsi verilmişdi. Lakin həmin evdən çıxmaq istəmədiyimə görə Arif “Qobu park” yaşayış kompleksində verilən bir otaqlı mənzilə köçərək hazırda orada yaşayır”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, iyunun 29-da, təxminən 18-19 radələrində yaşadığı binanın həyətində qonşuları ilə birlikdə söhbət edib: “Bu zaman Səid də yanımızda oturaraq tək pivə içirdi. Söhbət əsnasında Səid mənə evdən çıxmağımı, həyat yoldaşım olan Arifin evinə getməyimi bildirdi. Səid həmçinin evdən çıxmadığıma görə məni təhqir eləməyə başladı. Dövlət hesabına boş yerə ev alıb, orada yaşamadığımı bildirdi. Mən də Səidə dedim ki, yaxşı edirəm, ev alıram, sənə nə. Buna görə də aramızda mübahisə başladı. Mübahisə zamanı qonşular bizi aralaşdırmağa başladı. Mübahisəmiz sakitləşdikdən sonra  yaşadığım evə çıxarkən Səid məni evinin qabağında tutdu, öz evinin qarşısında olan ayaqqabı geyinilən dəmirlə belimdən vurdu. Özümü müdafiə edərək Səidə əl-qol atdım. Səid yumruqla sol gözümdən vurdu. Mən də Səidin qolundan dişlədim. Bu vaxt Səidin anası da yanımızda olub və bizi aralaşdırmağa çalışıb. Sonra Səid evdən stəkan gətirdi və məni vurmaq istədi. Səidin əlindən stəkanı aldım. Stəkanı əlimə alan zaman stəkan əlimdə qırıldı və əlimi kəsdi. Bundan sonra Səidin məndən aralaşması üçün stəkanla sol qolumu kəsdim. Səidin anası da onun oradan qaçmasını istədi. Səiddə oradan qaçaraq getdi. Mən də sonra sakitləşdim. Abşeron rayon Polis İdarəsinə gedərək şikayət etdim”.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.

Səidin barəsində Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 5 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45