Cümə axşamı, 25 Aprel

Məşqçi Emrelidən danışdı: “O, müqavilə ilə “Legiya”ya məxsusdur”

image

“Legiya”nın idman direktoru Yatsek Zelinski komandanın futbolçusu Mahir Emreli ilə bağlı açıqlama verib.

Xəbər verilir ki, Polşa klubunun rəsmisi Mahirlə bağlı hüquqi işlərin davam etdiyini söyləyib: “Məşqlərə qatılmamaqla şəxsi məqsədlər üçün istifadə etmək ağılsızlıqdır. Bu, ilk növbədə, futbolçunun özünə ziyandır. Emreli əvvəlkitək bizim oyunçudur”. 

Komandanın baş məşqçisi Aleksandr Vukoviç bildirib ki, Emreli əvvəlkitək “Legiya”nın futbolçusudur: “Onunla indi əlaqəmiz olmasa da, o, müqavilə ilə “Legiya”ya məxsusdur”. 

Yeri gəlmişkən, Türkiyənin “Milliyyət” qəzeti “Başakşehir” klubunun Mahir Emreli ilə razılığa gəldiyini iddia edib. Bundan sonra isə “Legiya”nın razılığı alınmalıdır ki, türklər artıq Varşava təmsilçisinə müraciət edib. “Başakşehir”in Mahiri hüquqi problem olmadan heyətinə cəlb etmək istədiyi və buna görə 750 min avro ödəməyə hazır olduğu da bildirilib.

Polşa mediası isə yazır ki, “Legiya” həqiqətən də “Başakşehir”dən rəsmi təklif alıb. Amma təklif olunan məbləğ Polşa çempionunu qane etmir. Varşava klubu daha çox pul istəyir. Məlumata görə, Mahirlə bağlı durumu izləyən klub təkcə “Başakşehir” deyil. 

“Bizdə olan məlumata görə, “Legiya” digər klublardan da təklif alıb. Amma bu təkliflər “Legiya”nın istədiyi kimi deyil” – deyə sport.tvp.pl saytı yazıb.

Qeyd edilir ki, Mahirin transfer qiyməti 3 milyon avro təşkil edir. Lakin klub 1 milyon avro güzəşt etməyə hazırdır. Yazıda, həmçinin, vaxtın azaldığı, qış transfer müddətinin sona yaxınlaşmaqda olduğu da xatırladılıb: “Futbolçu “Legiya”dan getmək istəyir. Klub isə onu pulsuz buraxmaq niyyətində deyil. Yanvarın sonunda isə bir çox liqada transfer pəncərəsi bağlanır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33