Şənbə, 20 Aprel

Ukraynanın keçmiş baş naziri Rusiyanı Ukraynaya hücum etməyə çağırdı

image

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov Rusiya ordusunu Kiyevə hücum etməyə çağırıb.

Xəbər verilir ki, bu barədə  Nikolay Azarov Solovyovun “YouTube” kanalında qonaq olarkən deyib. O, rus qoşunlarını Ukraynaya hücum etməyə çağırıb.

Azarov bildirib ki, Ukrayna vətəndaşlarının əhəmiyyətli bir hissəsi guya Rusiya ordusunun hücumunu gözləyir.

“İndi əhval-ruhiyyə belədir: əhalinin əhəmiyyətli hissəsi Putinin hücumunu gözləyir. Bu, əhalinin əhəmiyyətli hissəsidir. Təbii ki, bu barədə ictimaiyyətə demirlər, amma belə bir əhval-ruhiyyə var”, – deyə o bildirib.

Azarovun sözlərinə görə, Rusiyanın Ukraynaya hücumu halında indiki Ukrayna siyasi elitası guya panikaya düşəcək və onlar “xaricdəki qohumlarını və aktivlərini çıxaracaqlar”.

Qeyd edək ki, Ukraynanın keçmiş baş naziri Nikolay Azarov son illər Rusiyada gizlənir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20