Cümə, 29 Mart

Rusiyalı politoloq: “Paşinyan nəyin bahasına olursa-olsun Sarkisyandan qurtulmağa çalışırdı”

image

Xəbər verdiyimiz kimi yanvarın 23-də Ermənistan prezidenti Armen Sarkisyan istefa verdi.

O, bu vəzifəyə Ermənistan parlamentində keçirilən səsvermə nəticəsində təyin edilmişdi.

Tanınmış rusiyalı politoloq, Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti, Moskva Dövlət Universitetinin dosenti Aleksey Fenenko açıqlamasında Ermənistanın dördüncü prezidentinin istefasını şərh edib.

Politoloq Sarkisyanla hazırkı baş nazir Nikol Paşinyan arasındakı gərgin münasibətlərə xüsusi vurğu edib:

“Birincisi, hələ əvvəldən Armen Sarkisyan Nikol Paşinyandan daha çox qərbyönlü idi. Gəlin onu xatırlayaq ki, Avropa İttifaqı ilə assosiasiya sazişləri 2017-ci ilin sonunda, Ermənistanın indiki baş naziri hakimiyyətə gəlməmişdən əvvəl imzalanıb. Və o zaman Armen Sarkisyan açıq şəkildə deyirdi ki, Ermənistan KTMT-dən çıxmalı və Avropanın xeyrinə seçim etməlidir. Əlbəttə, Nikol Paşinyan hər zaman Armen Sarkisyana qısqanclıqla yanaşıb, o hesab edirdi ki, Qərb A.Sarkisyana yatırım edir. Ona görə də Sarkisyan özü özlüyündə Paşinyan üçün narahatlıq yaratdığından ondan nəyin bahasına olursa-olsun qurtulmağa çalışırdı.

İkincisi, Armen Sarkisyan Ermənistanda nə öz partiyasını, nə də onu dəstəkləyə biləcək elita yaratmayıb. Əgər qərbyönlü qüvvələri götürsək, onlar parçalandılar, bəziləri Paşinyan tərəfə keçdi. Əgər Rusiyaya rəğbət bəsləyən qüvvələrdən danışırıqsa, onlar birmənalı olaraq Armen Sarkisyanın tərəfində deyillər.

Üçüncüsü, ötən ilin sonlarını, Ermənistan Müdafiə Nazirliyindəki istefaları xatırlayın. Paşinyana hər hansı şəkildə müxalifətdə ola biləcək axırıncı bir neçə yüksək rütbəli hərbçi də vəzifəsindən uzaqlaşdırıldı. Ermənistan prezidentinin vəzifədən getməsi isə baş nazirin 2020-ci il müharibəsində baş verən uğursuzluqları Sarkisyanın üzərinə atmaqla hədələməsi ilə bağlıdır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45