Cümə axşamı, 19 May

Bakıda taksi sürücüsü döyüldü — Təfərrüat

image

Bakının Xəzər rayonunda 1979-cu il təvəllüdlü Semxan şəxsi münasibətlər zəminində yaranan münaqişə zəminində Urşana xəsarət yetirib.

Əldə etdiyimiz məlumata görə, hadisə ötən ilin iyulun 15-də rayonun Binə qəsəbəsi Atçılıq massivi ərazisində yerləşən “Üç qardaş” adlanan marketin qarşısında baş verib.

Semxan aralarında yaranmış mübahisə zəminində Urşanın sol qolunu burub yerə yıxıb, sol dirsəyin qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsək oynağının hemartrou xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Semxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Semxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, iyulun 15-də, təxminən saat 22 radələrində Binə qəsəbəsi Atçılıq massivi ərazisində oğlu Əli ilə birlikdə yaşadıqları evə getmək məqsədilə taksiyə əyləşib: “Taksi sürücüsündən – sonradan adını bildiyim Urşana bizi “Üç qardaş” adlanan marketin qarşısına aparmağını istədim. Həmin ünvana çatdıqda Əli taksi sürücüsünə 10 manat verdi ki, gediş haqqı olan 2 manatı çıxsın və o, pulu çıxana kimi biz avtomobildən düşək. Sürücü pulu verib hərəkətə başlayarkən Əli pula baxdı, bildirdi ki, taksi sürücüsü pulu düzgün qaytarmayıb.

Biz dərhal fit verərək həmin taksi sürücüsünü dayandırdıq. Taksi sürücüsünə yaxınlaşaraq “bizi lox bilmisən” dedim, pulu düz qaytarmağını istədim. Bu sözümdən sonra sürücü verdiyi pula baxdı, pulun 10 manat olduğunu gördü. Əlavə olaraq 5 manat qaytardı. Həmçinin bildirdi ki, avtomobilin salonu qaranlıq olduğuna görə pulun 10 manat olduğunu bilməyib. Buna görə pulu səhv qaytarıb. Həmin vaxt sərxoş vəziyyətdə olduğumdan fikirləşdim ki, taksi sürücüsü sərxoş vəziyyətdə olmağımdan istifadə edib, bizi aldatmaq istəyib. Odur ki, sürücünün sözlərinə inanmadım. Ona söyüşlə ağsaqqallığına hörmət qoymağını bildirdim. Bu sözüm sürücünün xoşuna gəlmədi. Mənə söyüşlə cavab qaytardı”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bundan sonra sürücünü itələyib və yerə yıxıb: “Bunu görən oğlum  gələrək bizi ayırdı. Sürücü yerdən qalxaraq avtomobilinə əyləşdi, oradan getdi. Mən də oğlum ilə birlikdə öz yaşadığımız evə gəldik”.

Qeyd edib ki, törətdiyi bu əməldən peşman olub, Urşan ilə barışıb və ona dəymiş ziyanı tamamilə ödəyib. Bildirib ki, Urşanın ona qarşı şikayəti yoxdur.

Xəzər rayon Məhkəməsinin hökmünə əsasən Semxanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Fuad Vəlixanov vəfat etdi

  • 16.05.2022 - 21:45