Çərşənbə axşamı, 19 Mart

Ermənistanda Sarkisyanla bağlı araşdırma başladı

image

Ermənistanın Baş Prokurorluğu Xetq nəşrinin Armen Sarkisyanın prezidentliyə başlayarkən həm də başqa bir ölkənin vətəndaşı olmasına dair materialını Milli Təhlükəsizlik Xidmətinə (MTX) göndərib.

Bu barədə məlumatı Baş Prokurorun müşaviri Qor Abramyan verib. Ötən ilin martında 53 vəkilin baş prokurora göndərdiyi məlumatda deyilirdi ki, Armen Sarkisyan prezident seçildiyi zaman başqa bir ölkənin də vətəndaşı olub və bu faktı gizlədib. Məktub müəllifləri vurğulayırdılar ki, bununla da qanun pozulub və cinayət baş verib.

Ermənistan qanunlarına görə prezident seçilən şəxs həmin müddətə qədər ən azı 6 il ərzində Ermənistan vətəndaşı olmalıdır. Bundan əvvəl Ermənistanın Xüsusi İstintaq Xidməti göstərilən iddia üzrə cinayət işi açmaqdan imtina etmişdi. Sözügedən vəkillər bu səbəbdən Baş Prokurorluğa şikayət ərizəsi ilə müraciət etmişdilər. Baş Prokurorluğun rəyinə görə Xüsusi İstintaq Xidmətinin hazırladığı materiallarda sənədlərin saxtalaşdırılmasının əlamətləri olub.

Ötən il aprelin 27-də Baş Prokurorluq Xüsusi İstintaq Xidmətinin qərarını ləğv etmiş, cinayət işi qaldırmış və bu işi araşdırılması üçün təkrar Xüsusi İstintaq Xidmətinə göndərmişdi. Azatuyun yazır ki, Xüsusi İstintaq Xidməti ləğv olunuduqdan sonra bu iş hazırda MTX-nin icraatındadır.

Bu da bildirilir ki, nə prokurorluq, nə də MTX sənədlərin saxtalaşdırılması faktı üzrə qaldırılmış cinayət işinin təfərrüatlarını açıqlamırlar. Bu iş üzrə bu günlərdə istefasını elan etmiş Armen Sarkisyanın dindirilib-dindirilmədiyi də bilinmir.

Azatutyun yazır ki, Armen Sarkisyanın ikili vətəndaşlığı məsələsi bundan əvvəl də gündəmə gəlib. Qeyd olunur ki, bu məsələ hələ 2018-ci ildə hakim Respublika Partiyası onun prezidentliyə namizədliyini verəndə qaldırılmışdı.

Lakin bu məsələ 2018-ci il aprelin 27-də, ovaxtkı etiraz aksiyalarına başçılıq edən Nikol Paşinyan Sarkisyanın ona 2011-ci ildə Britaniya vətəndaşlığından çıxdığına dair sənəd göstərdiyini deyəndən sonra bağlanmış hesab olunurdu.

Xetq saytının son məlumatında deyilir ki, Armen Sarkisyanın Ermənistandan başqa ölkədə də vətəndaşlığı olub. Həmin materialda qeyd olunur ki, söhbət Britaniya vətəndaşlığından yox, Karib dənizindəki kiçik ada ölkə, həm də ofşor zona sayılan Sent-Kits və Nevisin vətəndaşlığından gedir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11