Cümə axşamı, 18 Aprel

AZAL İstanbul reyslərini nə vaxt bərpa edir?

image

Güclü qar səbəbindən İstanbul hava limanının bağlanması AZAL-ın Bakı-İstanbul və İstanbul-Bakı (24 və 25 yanvar) reyslərinin gecikməsinə səbəb olub.

Məlumata görə sözügedən uçuşlar İstanbul hava limanı ilə razılaşdırılaraq həyata keçiriləcək.

Bildirilib ki, hazırda Bakıdan iki reysin uçuşu gecikir. Bu reyslərin sərnişinlərinin bu gün axşam saatlarında İstanbula daşınması planlaşdırılır. Uçuş aviaşirkətin ən böyük geniş füzelyajlı təyyarəsi olan “Airbus A340”-da yerinə yetiriləcək.

Həmçinin, bu gün - günün ikinci yarısında və axşam saatlarında - İstanbul hava limanından Bakıya iki reysin yerinə yetirilməsi planlaşdırılır.

Gələn sərnişinlərdən İstanbul hava limanında Azərbaycan Hava Yollarının ofisinə müraciət etmələri xahiş olunur. Sərnişinlər İstanbul-Bakı marşrutu üzrə ən yaxın reysə qeydiyyata alınacaqlar.

Sözügedən reyslərin sərnişinləri yenilənmiş məlumatları aviaşirkətin çağrı mərkəzində, AZAL-ın İstanbul nümayəndəliyində və ya KİV vasitəsilə əldə edə bilərlər.

***

İstanbul hava limanından alınan rəsmi məlumata əsasən, güclü qar səbəbindən yanvarın 26-sı saat 00:00-a qədər (İstanbul vaxtı ilə) hava limanının fəaliyyəti dayandırlıb.

AZAL-dan bildirilib ki, həm Bakı-İstanbul, həm də İstanbul-Bakı marşrutu üzrə AZAL-ın bütün planlaşdırılmış reyslərinin yerinə yetirilməsi sabah günün birinci yarısına keçirilib.

Bildirilib ki, bütün sərnişinlərimizdən yenilənmiş məlumatları aviaşirkətin çağrı mərkəzində, AZAL-ın İstanbul nümayəndəliyində, KİV vasitəsilə və "Azərbaycan Hava Yolları"nın rəsmi sosial şəbəkə səhifələrində almalarını xahiş edirik.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28