Çərşənbə axşamı, 19 Mart

Əvvəl benzin tökdü, sonra yandırdı — Əri tərəfindən amansızlıqla qətlə yetirilən Şuranın acı taleyi - VİDEO

image

“Xəzər Tv”-də yayımlanan “Təsir dairəsi” verilişində Kürdəmirdə əri tərəfindən benzin tökülərək yandırılan, daha sonra aldığı xəsarətlərdən həyatını itirən Şura Əmirova və hadisə ətrafında baş verənlərlə bağlı süjet hazırlayıb.

Xəbər verilir ki, baş vermiş hadisə ilə bağlı ötən gün adıçəkilən verilişdə Şura Əmirovanın vəkili Ramil Rüstəmov çıxış edib. Vəkil çıxışında 24 yaşında cavan Azərbaycan qadınının xüsusi amansızlıqla, dəhşətli şəkildə qətlə yetirildiyini bildirib. Həmçinin, məsələnin araşdırılmasının özündə belə böyük problemlər olduğunu qeyd edib. 

"Vəkil dostlarıma da səslənərək, demək istəyirəm ki, heç zaman formal vəkillik göstərməsinlər. Qeyd edim ki, 24 yaşlı qadının qətli ilə bağlı vəkil müqavilə bağlayıb və vəkil orderi qoyub. Ancaq, təəssüflər olsun ki, orderdən başqa orada hər hansı vəsatət, şikayət verdiyinin şahidi olmadım. Bu işlə bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə iş başlanmışdır. Qeyd edim ki, mərhum Şura xanım 74 gün xəstəxanada yatmışdır. Çox təəssüf ki, Şura 9 iyun 2020-ci il tarixində yandırılmış, evə gətirildikdən sonra Kürdəmir xəstəxanası aparılmışdır. Xəstəxana onu qeydiyyata alsa da, amma təəssüflər olsun ki, müvafiq hüquq-mühafizə orqanına məlumat verməmişlər. Yəni, orada da artıq cinayətin üstü gizlədilmişdir. Qeyd edim ki, təqsirləndirilən, cinayət törədən şəxsin ata-anası kimi, o xəstəxananın da məsul şəxsləri cinayət faktını gizlətməyə çalışmışlar. 

R.Rüstəmov baş vermis cinayət hadisəsinin dəqiq araşdırılması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə müraciət edib: “Üzümü tutub Kamran müəllimə müraciət edirəm. Kamran müəllim, 24 yaşında bir gənc Azərbaycan qadını xüsusi amansızlıqla və xüsusi təhlükə altında qətlə yetirilib. Onun iki körpə balası qalıb. Onun anası ağlamaqla, iztirablar keçirməklə, atası mənəvi iztirablar keçirməklə yaşayır. Xahiş edirəm şəxsən bu işi nəzarətinizə götürün. Bu cinayət işi ilə bağlı çox məqamlar üzə çıxacaq. Sizə bundan daha çox deyəcəklərim var”. 

Xatırladaq ki, qətlə yetirilən Şura Əmirovanın ölməmişdin öncə xəstəxanada videosu yayılıb. O video da hər şeyi etiraf edib: “Düşmüşəm, yapışmışam kişinin ayaqlarına… Deyirəm: “Papa, nə olar, mənə kömək elə”. Deyir: “Papan deyiləm”. Deyirəm: “Mama, nə olar, mənə kömək elə”. Deyirəm: “Təcili yardım çağır, nə olar, yanıram”. Deyir: “Təcili yardım gəlib sənə nə edəcək?”. Sonra saldılar məni hamama, buz kimi suyun altına. Başladılar soymağa paltarlarımı”…..
 Həmin videonu təqdim edirik:

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11