Çərşənbə axşamı, 19 Mart

Bayden müxbiri təhqir etdi - Video

image

ABŞ Prezidenti Co Bayden “Fox News” telekanalının müxbirini təhqir edib.

Xəbər verilir ki, insident Baydenin Ağ Evdə iqtisadi müşavirləri ilə görüşü zamanı baş verib.

Görüşdən əvvəl jurnalistlər ABŞ Prezidentinə Ukrayna ətrafındakı vəziyyətlə bağlı sual verməyə başlayıblar. Bayden ona ölkədə qiymətlərin enməsi ilə bağlı deyil, Rusiya və Ukrayna barədə sualların verilməsinə görə gileylənib. Bu zaman “Fox News” telekanalının müxbiri Piter Dusi ABŞ liderinə belə bir sual ünvanlayıb: “İnflyasiya barədə suallara cavab verəcəksiniz? İnflyasiyanın seçkilərdən sonra siyasi öhdəlik olduğunu hesab edirsinizmi? (burada söhbət bu ilin yayında Konqresə keçirilməli olan seçkilərdən gedir – red)”.

Bunun ardınca görüşə başlamaq üçün KİV nümayəndələrini həmin məkandan çıxarmağa başlayıblar. Jurnalistlər zalı tərk etdikdə Bayden sual verən jurnalisti sarkazm ilə “Axmaq heyvan oğlu” adlandırıb. Belə güman edilir ki, Bayden mikrofonun qapalı olduğunu zənn edib. Ağ Ev hadisə barədə hələ ki, açıqlama verməyib.

“Fox News”un məlumatına görə isə, Bayden daha sonradan şəxsən Dusiyə zəng edib və bildirib ki, onun işlətdiyi ifadədə heç bir şəxsi məqam olmayıb.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11