Çərşənbə axşamı, 19 Mart

Kadırovdan şok ittiham - Rusiya prezidentinə yaxın şəxsləri...

image

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının (İHŞ) üzvü İqor Kalyapin və “Novaya qazeta”nın jurnalisti Yelena Milaşinanı “terrorçu” adlandırıb.

Xəbər verilir ki, o, bu şəxslərin milli məsələləri qazanc mənbəyinə çevirdiklərini deyib.

Kadırov jurnalist və İHŞ üzvünü Çeçenistan və onun sakinlərinə böhtan atmaqda günahlandırıb.

O, bundan əvvəl Çeçenistan Ali Məhkəməsinin keçmiş hakimi Səydi Yanqulbayevi “xəyanətin təcəssümü” adlandırıb. Kadırov həmişə terrorçuları və onların əlaltılarını məhv etdiyini, torpaqlarını onlardan təmizlədiyini, harada olurlarsa olsunlar, onlarla amansız mübarizə apardığını vurğulayıb. O, əlavə edib ki, bu mübarizədə çeçenlərdən minlərlə ləyaqətli oğullar həlak olub.

Rus mətbuatının iddiasına görə, Səydi Yanqulbayev və qızı Aliyə Kadırovun açıqlamasından sonra həyatlarına təhlükə yarandığı üçün Rusiyanı tərk ediblər. Çünki Kadırov keçmiş hakiminin ailə üzvlərini “terrorçuların şərikləri” adlandırıb və həbslərinə müqavimət göstərəcəkləri təqdirdə onların məhv ediləcəyini deyib.

Yanvarın 21-də özlərini Çeçenistan təhlükəsizlik orqanlarının əməkdaşları kimi təqdim edən mülki geyimli və maskalı silahlı şəxslər Səydi Yanqulbayevin diabet xəstəsi həyat yoldaşı Zarema Musayevanın qaçırıldığı Nijni Novqorod vilayətindəki mənzilinə basqın ediblər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11