Çərşənbə axşamı, 19 Mart

“Paşinyanın hakimiyyətdə qalması Rusiyanı ciddi narahat edir” - Zatulin

image

“Görünən odur ki, ötən il Ermənistan parlamentinə keçirilən növbədənkənar seçkilər bütün suallara cavab vermədi və ölkəni ciddi daxili siyasi böhrandan çıxara bilmədi”.

Xəbər verilir ki, bunu rusiyalı deputat Konstantin Zatulin Armen Sərkisyanın Ermənistan prezidenti postundan istefa verməsi ilə bağlı qərarını şərh edərkən deyib.

“Hamı başa düşür ki, onun qərarların qəbulundakı rolu, ən yaxşı halda İngiltərə kraliçasının roluna endirilib. Bu istefa çoxdan gözlənilirdi. Bunun belə gec baş verməsi yalnız təəccüb yarada bilər”, - Zatulin qeyd edib.

Onun fikrincə, Armen Sərkisyanın qərarının əhəmiyyəti ondan ibarətdir ki, bu, həqiqətən də Ermənistandakı ağır vəziyyəti səciyyələndirir.

Zatulin Paşinyanı da istefaya çağırıb və qeyd edib ki, onun hakimiyyətdə qalması Rusiyanı çox ciddi şəkildə narahat edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11