Çərşənbə axşamı, 19 Mart

Vətən müharibəsində zərər dəymiş sahibkarlara ödənilən kompensasiyanın məbləği açıqlanıb

image

44 günlük Vətən müharibəsi dövründə sahibkarlara dəymiş ziyanın qiymətləndirilməsi prosesinin təşkili Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) həvalə edilib.

Xəbər verilir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin 2021-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında çıxış edərkən deyib.

"MDB-də İSO 37001 sertifikatını almış ilk şirkət məhz biz olduq" - MÜSAHİBƏ
İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların yeni siyahısı təsdiqlənib
"Renault"nun satışları azalıb
Onun sözlərinə görə, ümumilikdə, 294 sahibkarlıq subyektinə dəyən zərər üzrə təqribən 4,7 mln. manat həcmində kompensasiyanın ödənilməsi təmin edilib.

Agentliyin rəhbəri onu da əlavə edib ki, işğaldan azad olunmuş ərazilərin bərpası və iqtisadi dəyər zəncirinə reinteqrasiyası istiqamətində həyata keçirilən tikinti-quruculuq işlərində dövlət-özəl sektor tərəfdaşlığı (DÖST) modelinin geniş tətbiq edilməsi hədəflənir.

"Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılan suvenir istehsalı müəssisəsi və istixana təsərrüfatının fəaliyyəti barədə 2021-ci ildə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinə məlumat verilib. "Cocuq Mərcanlının İnkişafı" Fondu, KOBİA, TÜİB və TİKA-nın dəstəyi ilə yaradılmış suvenir istehsalı müəssisəsi və istixana təsərrüfatlarında 40-dan çox kənd sakininin işlə təmin edilməsi nəzərdə tutulub", - deyə O. Məmmədov qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11