Çərşənbə axşamı, 19 Mart

Rusiyanın şok Ukrayna planı üzə çıxdı - Kəşfiyyat detalları açıqladı

image

Ukrayna mövzusu ətrafında gərginlik davam edərkən rəsmi London elan edib ki, Moskva Kiyevdə çevriliş edərək “kukla” rejimi qurmağı planlaşdırır.

Xəbər verilir ki, rəsmi Vaşinqton Londondan səsləndirilən bu iddianı dəstəkləyib, Moskva isə rədd edib.

Ukrayna böhranında gərginlik pik həddə çatarkən, Qərb və Rusiyanın son açıqlamaları bölgədə böyük müharibə əvəzinə paytaxt Kiyevdə rejim devirmə əməliyyatı ehtimalını gündəmə gətirib. İngiltərəyə görə, Rusiya tezliklə Kiyevdə nöqtə əməliyyatı ilə çevriliş təşkil edərək özünə yaxın siyasətçiləri hakimiyyətə gətirəcək.

İngiltərə Xarici İşlər Nazirliyi kəşfiyyat xidmətlərindən alınan son məlumatlara əsaslanaraq Rusiyanın Ukraynanın ilhaqına yönəlmiş böyük hərbi əməliyyatla, nöqtə əməliyyatı arasında seçim mərhələsində olduğunu bildirib.

Nazirlik iddia edib ki, ikinci variant daha çox ehtimal edilir və bu plana görə, Moskva Ukrayna administrasiyasını devirməyi planlaşdırır. Çevrilişdən sonra Ukraynanın tamamilə Rusiyaya qaytarılması hədəflənsə də, bu əməliyyatın sonunda keçmiş deputat Yevgeni Murayev, keçmiş baş nazir Nikolay Azarov və digərlərindən yeni lider kimi istifadə edilməsi gözlənilir.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11