Şənbə, 20 Aprel

Ermənistan Prezidenti istefa verdi

image

Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib.

Xəbər verilir ki, bu barədə Prezidentin rəsmi saytında məlumat yerləşdirilib.

Armen Sarkisyan bildirib ki, Ermənistan Prezidenti postundan getməsi onun daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə bağlıdır.

O qeyd edib ki, qərarı heç də emosional deyil və müəyyən məntiqdən irəli gəlir. Onun sözlərinə görə, prezidentin hazırda xarici və daxili proseslərə təsir etmək üçün müəyyən səlahiyyətləri və alətləri yoxdur.

Sarkisyanın sözlərinə görə, bu gün ölkənin mənalı, dərin düşünülmüş, balanslaşdırılmış hərəkətlərə hər zamankindən daha çox ehtiyacı var. Əks halda ermənilər tarixdə itmək riski ilə üz-üzə qalırlar.

“Bizim səhv etməyə haqqımız yoxdur”, - Sarkisyan deyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20