Çərşənbə axşamı, 07 May

Dünyada koronavirusla bağlı son vəziyyət

image

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 136 milyon 641 min 901 nəfərə çatıb.

Xəbər verilir ki, pandemiya qurbanlarının sayı 2 milyon 949 min 409 nəfərdir. İndiyədək 109 milyon 881 min 553 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatına əsasən, son sutka ərzində 646 863 nəfər virusa yoluxub, 10 712 nəfər vəfat edib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 31 918 591 nəfər virusa yoluxub, 575 829 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 13 527 717 nəfərdə virus aşkar edilib. Xəstələrdən 170 209 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 13 482 543 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 353 249 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 058 680 yoluxma, 98 750 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Rusiyada 4 641 390 nəfər virusa yoluxub ki, onlardan 102 986-sı ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58