Cümə, 29 Mart

Elçin Babayev Ramiz Mehdiyevə qarşı həmlə - Akademikin qızı ...

image

Bir neçə gün əvvəl Milli Məclisin deputatı Etibar Əliyev Ramiz Mehdiyevin və ailə üzvlərinin elm sahəsini inhisara alması ilə bağlı sensasion açıqlama verib. Belə ki, öz sosial şəbəkə hesabında yazdığı statusunda Etibar Əliyev Ramiz Mehdiyevin AMEA-dakı idarəçilik qabiliyyətini itirdiyini və onun ailə üzvlərinə akademiyada yaratdığı imkanları qeyd edib.

Deputatın sözlərinə görə, Ramiz Mehdiyevin qızı  Kamilə Əliyeva Bakı Dövlət Universitetinin “Psixologiya” üzrə müdafiə şurasına rəhbərlik edir. Azərbaycan dilini bilməyən Kamilə Əliyeva şuradakı müdafiələrin rus dilində aparılmasını tələb və təkid edir. Ramiz Mehdiyevin arvadı 80 yaşlı Qalina Yuryevna isə  universitetin “Riyaziyyat” fakültəsində kafedra müdiri vəzifəsini icra edir. O, eyni zamanda Müdafiə şurasının sədridir. Deputat Bakı Dövlət Universitetinin rəhbərliyinin Ramiz Mehdiyevin qızı və həyat yoldaşı üçün kafedra əvəzinə rezidensiya yaratdığını da əlavə edib.

Etibar Əliyevin açıqlamalarından sonra bütün nəzərlər Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin üzərinə yönəlib. Özü də elm sahəsindən gələn rektorun Ramiz Mehdiyevlə olan əlaqələri və onun ailə üzvlərinə yaradılan imkanlar əsas müzakirə mövzusuna çevrilib. Elçin Babayevin Mehdiyevlər ailəsinə hansı məqsədlə yardım etdiyi və dəstək durduğu sualları səsləndirilirdi.

Lakin bu suallar öz cavabını tapmamış Bakı Dövlət Universitetindən Mehdiyevlərlər bağlı növbəti xəbər yayılıb. Belə ki, Etibar Əliyevin məlum açıqlamasından bir müddət sonra Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevlə görüşmək məqsədilə universitetə gedib. Lakin Elçin Babayev Kamilə Əliyevanı qəbul etməyib və onu qəbul otağının qarşısında 45 dəqiqə gözlədilib. 45 dəqiqə gözlədilməyi həzm edə bilməyən Kamilə Əliyeva isə küsüb və görüşü gözləmədən universiteti tərk edib. 

Görünən odur ki, Elçin Babayev mediada yayılan xəbərlərdən dərhal sonra Ramiz Mehdiyevin ailə üzvlərinə qarşı mövqeyini dəyişib. O, Etibar Əliyevin iddialarının əksinə olaraq Ramiz Mehdiyevin ailə üzvlərinə də adi şəxslər kimi davranıldığını göstərməyə çalışıb. Ramiz Mehdiyevin baş verənlərə qarşı reaksiyasının necə olacağı maraqla gözlənilir. Biz isə öz növbəmizdə məsələni gündəmdə saxlayacaq və yeni məlumatlar əldə etdiyimiz təqdirdə oxucularla bölüşəcəyik.

Qeyd edək ki, Etibar Əliyev statusunda Ramiz Mehdiyevin müəllifi olduğu kitabları özünün yazmadığını, onun akademik göstəricilərə malik heç bir kadr yetişdirmədiyini və institut direktorlarına icra başçıları kimi davrandığını qeyd edib. 
 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45