Şənbə, 20 Aprel

“Qarabağ” bir gündə iki matça çıxacaq

image

Bu gün “Qarabağ” Antalyadakı təlim-məşq toplanışları çərçivəsində iki matçda qüvvəsini sınayacaq.

Xəbər verilir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv ilk olaraq “Baçka Topola” (Serbiya) ilə üz-üzə gələcək. Əsas komandanın meydana çıxacağı matç Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.

“Qarabağ” günün ikinci yarısında “Slyonsk”u (Polşa) sınağa çəkəcək. Klubun ikinci heyətinin meydana çıxacağı görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. 

“Baçka Topola” Serbiyanın əsas çempionatında 26 xalla 10-cu, “Slyonsk” isə Polşa liqasında 24 xalla 10-cudur. 

Qeyd edək ki, “Qarabağ” ilk matçında Rumıniyanın “Qaz Metan” komandası ilə qolsuz heç-heçə edib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20