Cümə axşamı, 28 Mart

İŞİD İraqda ordu qərargahına hücum edib - 11 hərbçi ölüb

image

İraqın Diyala əyalətində terrorçu İŞİD qruplaşmasının hücumu nəticəsində 11 hərbçi ölüb.

Xəbər verilir ki, bu barədə İraqın təhlükəsizlik orqanları məlumat verib.

“Yanvarın 21-də səhər saatlarında terrorçu İŞİD qruplaşmasının 10-dan çox silahlısı Diyala əyalətinin şimalındakı Ət-Talia və Umm əl-Karam kəndləri arasında yerləşən ordu qərargahına hücum ediblər. Hücum nəticəsində tabor komandiri baş leytenant olmaqla 11 hərbçisi ölüb”,- məlumatda qeyd olunub.

Diyala əyaləti ölkə paytaxtı Bağdadın şimal-şərqində yerləşir.

Məlumata görə, silahlılar bu il 250-dən artıq hücum həyata keçirib, 387 nəfər bu hücumun qurbanı olub, 500-dən çox insan yaralanıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25