Cümə axşamı, 25 Aprel

Mahir Türkiyə klubuna keçir - Şok iddia

image

Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Başakşehir”lə hərtərəfli razılığa gəlib.

Xəbər verilir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.

Bildirilib ki, “Legiya” ilə müqaviləsi davam etməsinə baxmayaraq, Polşa klubunun düşərgəsinə qayıtmayan 25 yaşlı forvard İstanbul təmsilçisi ilə sözləşmənin detallarını razılaşdırıb. Ancaq “Başakşehir”in bu keçidi rəsmiləşdirmək üçün şərti var:

Futbolçu “Legiya” ilə hüquq çərçivəsində yollarını ayırmalı və heç bir problem olmamalıdır. Yəni Super Liqa təmsilçisi Mahiri azad agent kimi qəbul etməyə hazırdır.

Qeyd edək ki, “Legiya” hazırda təlim-məşq toplanışında olsa da, Mahir Emreli komandaya qayıtmayıb. Həmyerlimiz 2024-cü ilin yayına qədər olan müqaviləsinə xitam verilməsi üçün varşavalılara rəsmi məktub göndərib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33