Şənbə, 20 Aprel

“KTMT-nin Qazaxıstana daxil olması Ermənistan üçün faydalıdır” - PAŞİNYAN

image

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən il Azərbaycanla sərhəddə qarşıdurma zamanı KTMT-yə (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) müraciət etməməsinin səbəbini açıqlayıb.

Xəbərə görə, parlamentdə hökumət saatında çıxışında Baş nazir mayda və noyabrda sərhəddə vəziyyətin kəskinləşdiyi vaxt Ermənistanın KTMT-yə rəsmi müraciət etməməsilə bağlı tənqidlərə cavabında deyib ki, qurumun nizamnaməsində onun siyasi və diplomatik metodlarla hərəkət etdiyi yazılıb. “KTMT – ordu deyil”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan 2022-ci ildə KTMT-yə sədrlik zamanı çevik reaksiya və böhran vəziyyətlərinə reaksiya mexanizmlərinin təkmilləşdirilməsinə çalışacaq. Baş nazir deyib ki, KTMT-nin tarixdə ilk dəfə olaraq Qazaxıstanda tətbiq etdiyi çevik reaksiya mexanizmləri Ermənistan üçün faydalıdır.

“KTMT, tarixində ilk olaraq çevik reaksiya mexanizmi tətbiq elədi. Bu, Ermənistan üçün yaxşıdır, ya pis? Bəli, yaxşıdır”, – Paşinyan vurğulayıb.

Xarici işlər naziri Ararat Mirzoyan da qeyd edib ki, müttəfiqlərin müdaxiləsinə zərurət yarananda ilk növbədə siyasi mexanizmlərdən istifadə olunur, onlar mümkün olmayanda isə konsultasiyalar, meydanda fəaliyyət nəzərdə tutulub. “Problemlərin həlli üçün bu istiqamətdə irəliləməyə ümid edirik”, – Mirzoyan söyləyib.

Xatırladaq ki, ötən ilin mayında Ermənistan Azərbaycanın onun ərazisinə girdiyini bəyan edib. Azərbaycan isə yalnız sərhəd mövqelərini möhkəmləndirdiyini bildirib. O zaman Paşinyan Zəngəzurda Qara göl yaxınlığına yerləşmiş qüvvələrin Ermənistanın 41 kv kilometrə yaxın ərazisinə nəzarət etdiyini bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20