Cümə, 29 Mart

Azərbaycanda boş deputat yerlərinə təkrar seçkilər üçün hazırlıq gedir – Məzahir Pənahov AÇIQLADI

image

“Seçki Məcəlləsinə əsasən, Dairə Seçki Komissiyaları 5 ildən bir yenidən formalaşdırılır. Artıq bu proseslər başa çatıb”.

Xəbər verilir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, məntəqə seçki komissiyaları da yenidən formalaşdırılıb: “Biz indi hazırlıq işləri aparırıq. Seçki komissiyaları hər zaman hazır olmalıdır. Biz o mərhələdəyik və onunla məşğuluq. Heç bir problem yoxdur”.

Milli Məclisdə boş qalan deputat yerlərinə təkrar seçkinin nə zaman keçiriləcəyinə gəlincə M.Pənahov söyləyib: “Niyə narahat olursuz? Seçki elan olunanda eşidəcəksiniz. Ondan sonra bir yerdə işləyəcəyik”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45