Cümə, 29 Mart

Bolqarıstan klubu “Neftçi” ilə oynamaqdan imtina etdi

image

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Neftçi”nin Bolqarıstanın 
“MOİK 1948” komandası ilə yoxlama oyunu baş tutmayacaq.

Klubun rəsmi saytına xəbər verir ki, Sofiya təmsilçisi “ağ-qaralar”a qarşı matçdan imtina edib. Klub bunu texniki səbəblərlə əlaqələndirib.

”MOİK-1948” həmin tarixdə Şimali Makedoniya “Borets”i ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Neftçi” Antalyada artıq iki yoxlama oyunu keçirib. Son ölkə çempionu ilk sınağında Macarıstan “Kişvarda”sı ilə 2:2 hesablı heç-heçə edib. Paytaxt təmsilçisinin Polşanın “Visla” (Plotsk) klubu ilə matçında da qalib müəyyənləşməyib - 1:1.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45